ABŞ Rusiya vətəndaşlarına qarşı ittiham irəli sürdü
ABŞ Ədliyyə nazirliyi xüsusi prokuror Robert Müllerin araşdırması çərçivəsində 12 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.
ONN media Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə nazirinin birinci müavini Rod Rozenstayn bildirib.
Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanlarının 12 əməkdaşı 2016-cı ildə ABŞ-da keçirilən seçkiqabağı kampaniya zamanı haker hücumları təşkil etməkdə şübhəli bilinirlər.
Rozenstayl onların Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu bildirib. İddiaya görə, həmin şəxslər seçki komissiyasının saytını sındırıblar.
Qeyd edək ki, fevralın 16-da ABŞ Ədliyyə Nazirliyi Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə işi çərçivəsində 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.
