İraqı etiraz dalğası bürüdü-Səbəb nədir?

İraqın cənubunda başlayan etiraz dalğası Bağdada da sıçrayıb.
ONN media xəbər verir ki, etiraz nümayişləri səbəbindən hökumət şəhərdəki interneti kəsib. İraq mili təhlükəsizlik şurası baş nazir Heydər əl-İbadinin sədrliyi ilə təcili iclas keçirir. Etirazlara səbəb isə elektrik enerjisinin verilməsinin dayandırılması və digər sosial xidmətlərin olmamasıdır.
Bağdadın qərbindəki əş-Şulə bölgəsində yerli sakinlər küçələrə axışaraq hökumətin istefasını tələb ediblər. Təhlükəsizlik xidməti əməkdaşları əraziyə yaxınlaşanda etirazçılar təkər yandırıblar.