Dövlət başçıları arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
ONN media xəbər verir ki, bu haqda “Anadolu” agentliyi bildirib.
Prezident Ərdoğan “Türk axını” və “Akkuyu” kimi layihələr başda olmaqla, enerji əməkdaşlığının inkişafından məmnuniyyətini dilə gətirib.
