Türkiyə şəhidlərin qisasını aldı

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Hakurk və Metina bölgələrində həyata keçirilən hava əməliyyatı nəticəsində PKK terror qruplaşmasına ağır zərbə endirib.
ONN media xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahı məlumat yayıb.
Nəticədə 8 terrorçu məhv edilib.
Qeyd edək ki, bu il may ayının 31-də terrorçuların zərbəsi nəticəsində 3 türk əsgəri şəhid olmuşdu.