İran bu ölkəni bombalamağa BAŞLADI

İran Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbilin sərhədindəki dağlıq bölgələri top atəşi ilə vurub.
ONN media xəbər verir ki, Ərbilin Sidekan bölgəsinin rəhbəri İlhan Çələbi İranın İraqın 8 kəndinin yerləşdiyi sərhəd bölgəsini top atəşinə tutduğunu açıqlayıb.
İran müxalif İran-Kürdüstan Demokratik Partiyasına (İ-KDP) bağlı qüvvələrin Ərbilin dağlıq bölgəsində düşərgə saldığını hesab etdiyi üçün bu bölgəni bombalayıb.
Çələbi bildirib ki, top atəşi açılandan sonra 3 kəndi boşaldıblar.