Təbii fəlakət yüzlərlə can aldı

Təbii fəlakət yüzlərlə can aldı


Yaponiyada leysan yağışlardan sonra meydana gələn sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 222-yə çatıb.

ONN media “Japan Times”a istinadla xəbər verir ki, 30 nəfər hələ də itkin düşmüş hesab olunur.

Hökumət dairələri qurbanların sayının artmasını istisna etmir.

Son 2 həftə ərzində 31 prefekturada 700 torpaq sürüşməsi qeydə alınıb. 

Okayama, Ehime və Xirosima prefekturalarında xilasetmə işlərinə 70 min xilasedici cəlb edilib. 6700 sakin təxliyə edilib və sığınacaqlarda yerləşdirilib.

Geri qayıt