Qırıcı təyyarə qəzaya uğradı - Ölən var

Qırıcı təyyarə qəzaya uğradı - Ölən var


Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-21" qırıcısı ölkənin şimalındakı Himaçal Pradeş əyalətində qəzaya uğrayıb.

ONN media xəbər verir ki, qəza nəticəsində pilot ölüb.

Hindistan təhlükəsizlik xidmətlərinin məlumatına görə, təyyarə Pathankot şəhərindəki bazadan havaya qalxıb. Uçuşdan sonra qırıcı ilə əlaqə kəsilib, qəzanın səbəbləri hələlik açıqlanmır.

Qəza yerində polis işləyir. Qəzadan sonra baş verən yanğın söndürülüb.

Geri qayıt