Bu ölkə Rusiyadan üzrxahlıq tələb etdi

Bu ölkə Rusiyadan üzrxahlıq tələb etdi


Əfqanıstan səfiri Rusiyadan 1979-cu ildə ölkəsinə ordu yeridilməsinə görə üzr istəməsini tələb edib.

ONN media  xəbər verir ki, o, bu addımın iki ölkə arasındakı münasibətlərin “dərinləşməsinə və möhkəmlənməsinə xidmət edəcəyinə” əmindir.

Əfqanıstanın Rusiyadakı səfiri Əbdül Qəyyum Kuçaq SSRİ-nin Əfqanıstanla münasibətlərdə 2 səhvə yol verdiyini bildirib. 

Onun sözlərinə görə, birinci səhv 1978-ci ildə buraxılıb. O zaman SSRİ Əfqanıstanın “marionet” hökumətini tanıyıb.

İkinci səhv isə sovet qoşunlarının Əfqanıstana yeridilməsi olub. Bu addım nəticəsində 2 milyon əfqan və 15 min SSRİ vətəndaşı həlak olub.

Geri qayıt