Putinlə Makron telefonda danışdılar

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında növbəti telefon danışığı baş tutub.
ONN media Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
Tərəflər söhbət zamanı Suriyaya humanitar yardımın çatdırılması məsələsini, eləcə də hər iki dövlət arasndakı münasibətləri müzakirə ediblər.