200 minə yaxın insan təxliyyə olundu

Çinin şərqində, Şanxay şəhərində hakimiyyət 192,7 min nəfəri təhlükəsiz yerlərə təxliyyə edib.
ONN media xəbər verir ki, buna səbəb Çin sahillərinə yaxınlaşan "Ampil" qasırğasıdır.
Yerli vaxtla saat 05:00-a görə, tayfun Şanxaydan 145 km məsafədə olub və şimal-qərd istiqamətində 25 km/s sürəti ilə hərəkə edib.
Qeyd olunur ki, Çjetszyan vilayətində də təxliyyə işləri aparılıb, lakin burada onlar o qədər də miqyaslı olmayıb - 38 min insan təxliyə olunub.