İranda zəlzələ oldu

İranda zəlzələ oldu


Bu gün yerli vaxtla səhər saat 09.37 radələrində İranın Xormozqan əyalətindəki Ruydar şəhərində 5,7 bal gücündə zəlzələ olub.

ONN media-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub.

Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqada göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.

Geri qayıt