Güclü yağış ciddi fəsadlara səbəb oldu

Güclü yağış ciddi fəsadlara səbəb oldu


Güclü yağış Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib.

ONN media xəbər verir ki, çay səviyyəsinin qalxması nəticəsində Siqnaxi və Laqodexi rayonlarının 4 kəndində daxili yolları və yaşayış evlərini su basıb.

Fövqəladə halların İdarə olunması Xidməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirləri davam etdirir.

Gürcüstanda qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Fövqəladə halların İdarə olunması Xidməti və digər aidiyyatı qurumlar xüsusi rejimə keçiblər.

Geri qayıt