Çoxmərtəbəli yaşayış binası uçub

Çoxmərtəbəli yaşayış binası uçub


ABŞ-ın Mayami-Biç şəhərində 12 mərtəbəli yaşayış binası uçub.

ONN media xəbər verir ki, hadisə nəticəsində 1 nəfər xəsarət alıb, dağıntılar altında qalanların olduğu ehtimalı  var.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, uçan bina qəzalı vəziyyətdə olub.

Geri qayıt