Rusiya prezidentinin müşaviri öldü
Rusiya prezidenti Vladimir Putinin müşaviri Veniamin Yakovlev 87 yaşında dünyasını dəyişib.
ONN media xəbər verir ki, bu barədə Rusiya Hüquqşünaslar Assosiasiyası məlumat yayıb.
“İyulun 24-də uzun sürən xəstəlikdən sonra Rusiya Hüquqşünaslar Assosiasiyasının həmsədri, prezidentin müşaviri, hüquq elmləri doktoru, professor, SSRİ-nin əməkdar hüquqşünası, “Vətənə xidmətə görə” orden sahibi Veniamin Yakovlev 87 yaşında dünyasını dəyişib. Assosiasiyanın hüquqşünasları Veniamin Fyodorviçin doğmalarına və yaxınlarına baş sağlığı verir”, - deyə məlumatda qeyd olunub.
V. Yakovlevlə vida mərasimi iyulun 26-da keçiriləcək.
