Vurulan Suriya təyyarəsinin pilotu ölüb
Bu gün İsrail ordusu tərəfindən vurulan, Suriyaya məxsus “Su-22” bombardmançı təyyarəsinin pilotlarından biri ölüb.
ONN media xəbər verir ki, bu barədə “Al Masdar” xəbər portalına Suriyadakı hərbi mənbə bildirib.
İkinci pilotun taleyindən hələlik xəbər yoxdur. Ölən pilot Omran Murai adlı polkovnikdir.
