Suriya təyyarəsinin məhv edilməsinin səbəbi nə olub?
İsrail Suriyanın hərbi təyyarəsini məhv edib.
ONN media xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.
Təyyarənin İsrailin hava məkanını pozaraq, ölkənin daxilinə doğru 2 kilometr məsafədə irəlilədiyi bildirilib. Bundan sonra təyyarəyə 2 “Patriot” raketi atılıb.
Qeyd edək ki, hələlik rəsmi Dəməşq yayılan məlumatı şərh etməyib.
