Berna Laçina həbs ŞOKU

Berna Laçina həbs ŞOKU


Aktrisa Berna Laçin barədə məhkəməyə müraciət edilib.

ONN media xəbər verir ki, aktrisanın Tvitterdəki bir statusu buna səbəb olub. Bernanın statusda xalqın bir hissəsinin dini dəyərlərini təhqir etdiyi iddia edilir.
Anadolu prokurorluğu tərəfindən hazırlanan iddia məktubuna əsasən, uşaqlara qarşı işlənən cinsi istismar və öldürmə hərəkətlərinin edam cəzasına məhkum edilib-edilməməsinə dair cəmiyyətdə aparılan müzakirələr çərçivəsində şübhəli Berna Laçinin Tvitter səhifəsində 3 iyulda yazdığı statusdan bəhs edilir.

Bu statusa müxtəlif sosial şəbəkələrdə sərt reaksiyalar göstərilib. Əgər iddia sübuta yetirilsə, aktrisa bir ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.

Geri qayıt