“Diriliş Ertuğrul”un qəhrəmanına romantik təbrik - FOTOLAR

Neslişah Alkoçlar əri Engin Altan Düzyatanın ad gününü sosial şəbəkədə romantik bir statusla təbrik edib.
ONN media xəbər verir ki, cütlük 2014-cü ildən ailəlidir.
Həyat yoldaşı ərinin ad gününü anlamlı bir mesajla təbrik edib. Xanımı İnstaqram səhifəsində Engin Altan Düzyatan ilə yağış vaxtı çətir altındakı fotosunu paylaşaraq yazıb:
“Yaxşı ki, yol yoldaşım oldun. Ən güldüyüm, çiynində rahatlıq tapdığım, ən böyük dəstəkçim, canım sevgilim, nə yaxşı ki, anadan oldun. 3+? olaraq yeni ad gününü təbrik edirik. Allah bizim xoşbəxtliyimiz ilə xoşbəxt olan hər kəsə daha artığını versin”.