Səfirliyin əməkdaşı itkin düşüb

Səfirliyin əməkdaşı itkin düşüb


ONN media xəbər verir ki, Mexikonun baş prokurorluğu Türkiyə səfirliyinin əməkdaşının yoxa çıxması ilə bağlı araşdırmalara başlıyıb. 

Səfirliyin 29 yaşlı xanım əməkdaşı iyulun 2-dən yoxa çıxıb.

Bildirilir ki, onun itkin düşməsindən sonra Türkiyə səfirliyinin müşaviri bu barədə prokurorluğa müraciət edib. İtkin düşən qadın səfirliyin 2-ci katibəsi işləyib. O, səfirliyin işçiləri ilə 2-16 iyul tarixlərinədək yalnız elektron ünvanla əlaqə saxlayıb və xəbərdarlıq edib ki, o xəstələnib.

Sonra səfir işçiləri narahat olaraq iyulun 17-də diplomatın evinə gəliblər və ona mesaj qoyublar. Mesaja cavab yalnız iyulun 23-də - heç bir məzmun olmadan gəlib. Yalnız bundan sonra səfirlik hüquq-mühafizə orqanlarına müraciət edib.

Geri qayıt