Tramp Putinin dəvətinə razılıq verdi
ABŞ prezidenti Donald Tramp Moskvaya səfər etməyə razılıq verib.
ONN media xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Amerika liderinin rəsmi dəvəti alan kimi səfəri reallaşdıracağı bildirilir.
Daha öncə bu gün Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Trampı danışıqlar aparmaq üçün Moskvaya dəvət etməyə hazırdır.
