Leysan yağışlar 20 -dən çox insanın ölümünə səbəb oldu

Leysan yağışlar 20 -dən çox insanın ölümünə səbəb oldu


Hindistanın şimal bölgəsində tüğyan edən güclü leysan yağışlar 27 nəfərin həyatına son qoyub.

ONN media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, daha 12 nəfərin xəsarət aldığı bildirilir.

Məlumata əsasən, şiddətli yağıntılar çaylarda suyun səviyyəsini kəskin artırıb, daşqınlar nəticəsində bir çox yaşayış evləri dağılıb. Təbii fəlakətlə əlaqədar Uttar-Pradeş ştatında xilasedici əməliyyat başlayıb.

Hindistan Meteoroloji Xidməti ölkənin şimalında leysan yağışların davam edə biləcəyinə dair xəbərdarlıq yayıb.

Geri qayıt