Yeddi ayda 704 nəfər suda boğulub

Bu ilin əvvəlindən indiyə qədər Ukraynada 704 nəfər suda boğulub.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Suda həyatını itirənlərin 70-i uşaqdır. Təkcə iyul ayında 189 ukraynalı suda boğulub.
Xilasedicilər bu ilin ötən dövrü ərzində 103-ü uşaq olmaqla, 561 nəfəri xilas ediblər.