Avtomobil yüksək sürətlə piyadaların üzərinə hərəkət edib - Ölənlər var

Avtomobil yüksək sürətlə piyadaların üzərinə hərəkət edib - Ölənlər var


Çinin şərqindəki Çjetszyan əyalətində avtomobil yüksək sürətlə piyadaların üzərinə hərəkət edib.

ONN media xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub.

Daha 13 nəfər ciddi xəsarətlər alıb.

Polisin məlumatına əsasən, hadisə sürücünün avtomobilin idarəetməsini itirməsi nəticəsində baş verib.

Sürücü saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.

Geri qayıt