Qonşu ölkədə 29 nəfər həbs edilib

Qonşu ölkədə 29 nəfər həbs edilib


İranda ən azından 29 nəfər “iqtisadiyyata vurduğu ziyana” görə həbs edilib.

ONN media “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Məhkəmə hakimiyyəti rəhbərinin birinci müavini Qulam Hüseyn Möhsüni Ejei bildirib.

“Bu insanlar məsuliyyətə cəlb edilib. Onlar ölkədə pul və valyuta sisteminə vurduqları ziyana görə həbs olunublar”, - iranlı məmur deyib.

Onun sözlərinə görə, saxlanılanların əksəriyyətinə irəli sürülən ittihamların cəzası edam hökmü ola bilər. 

Ejei əlavə edib ki, oxşar ittihamlarla daha bir neçə şəxs saxlanılacaq və yaxın zamanlarda məhkəmə dinləmələri başlayacaq. 

Həbs edilən 29 nəfərin adları açıqlanmır.

Qeyd edək ki, son bir neçə ayda İran rialı ABŞ dollarına nisbətdə kəskin surətdə ucuzlaşıb.

Geri qayıt