Köçəryanı müdafiə etdi- Görün nə oldu
Ermənistanda Çarukyan Blokundan olan deputat Vardan Bostancyan deputat mandatından imtina edib.
ONN media xəbər verir ki, bu barədə məlumatı “1in.am” saytı yayıb. Sayt Bostancyanın istefaya getməsinə səbəb onun müsahibələrinin birində Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı cinayət işini “siyasi təqib” adlandırması olub.
Bu mövqeyinə görə Qagik Çarukyan deputatdan mandatdan imtina etməyi tələb edib.
