3 jurnalist öldürüldü

3 jurnalist öldürüldü


Mərkəzi Afrika Respublikasında 3 jurnalist qətlə yetirilib.

ONN media “France Press”ə istinadla xəbər verir ki, onların Rusiya vətəndaşları olduğu ehtimal edilir.

“Press-kartları olan üç nəfər ölkənin mərkəzində yerləşən Sibut şəhəri yaxınlığında öldürülüblər”, - agentliyin yaydığı məlumatda deyilir.

Mənbələrin bildirdiyinə görə, qətlə yetirilənlərin cəsədləri şəhərdən 23 kilometr kənarda aşkarlanıb. 

Onların mümkün qatilləri və hansı səbəbdən öldürülmələri barədə açıqlama verilmir.

Geri qayıt