PKK ilə şiddətli döyüş: 7 türk əsgəri yaralandı

PKK ilə şiddətli döyüş: 7 türk əsgəri yaralandı


Türk əsgərləri Şırnak vilayətində hərbi bazaya hücuma hazırlaşan PKK terrorçularına qarşı əməliyyat keçirib.

ONN media xəbər verir ki, şiddətli atışma zamanı xeyli terrorçu məhv edilib, 4 hərbçi, 3 təhlükəsizlik qoruyucusu yaralanıb.

Döyüş meydanından helikopterlərlə götürülən yaralı türk əsgərləri xəstəxanaya yerləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilir.

Geri qayıt