Təyyarə qəzası baş verib: 101 nəfər...
Meksikanın Duranqo şəhərində baş verən təyyarə qəzasından 97 sərnişin və 4 ekipaj üzvü sağ qurtulub.
ONN media xəbər verir ki, Qvadalupe hava limanından qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğrayan təyyarədə qəzadan sonra alışıb.
Qəza yeri hava limanına yaxın olduğu üçün xilasedicilər qısa zamanda əraziyə cəlb edilib. Aparılan tədbirlər nəticəsində hər kəs təyyarədən sağ şəkildə xilas edilib.
Yaralılardan 12 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
