Türkiyədə ölüm cəzası bərpa ediləcək?

Türkiyədə ölüm cəzası bərpa ediləcək?


“Parlament ölkədə ölüm cəzasının bərpası haqqında qərarı qəbul etsə, onu təsdiq etməyə hazıram”.

ONN media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Daha əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib ki, Türkiyədə ölüm cəzasının mümkün bərpası bu ölkənin Avropa İttifaqına üzvlüyünə gedən yolda “qapını örtəcək”. Qeyd edək ki, Türkiyədə ölüm cəzasının bərpası təkliflər 2016-cı il 15 iyulda hərbi çevrilişə cəhddən sonra səsləndirilməyə başlanılıb.

Geri qayıt