Sahilə qeyri-adi varlıq çıxıb - FOTO

ABŞ-ın Texas ştatının sahilinə qeyri-adi varlıq çıxıb.
ONN media xəbər verir ki, sirli varlığın qalıqları Priti Desai adlı tvitter istifadəçisi tərəfindən çimərlikdə tapılıb.
Təxmin edilir ki, dəniz dərinliklərinin sakinini sahilə "Xarvi" qasırğası çıxarıb. Hazırda alimlər dəniz canlısının hansı növə aid olduğunu aydınlaşdırmağa çalışırlar.