Bu məsələ ABŞ-ı SARSIDACAQ

ONN media xəbər verir ki, Ədliyyə Nazirindən Rusiya ilə bağlı araşdırmanın qısa zamanda bitməsini istəyən ABŞ prezidenti Donald Trampa işi araşdıran prokuror Robert Müller sərt reaksiya verib.
R.Müller prezidenti üzbəüz sorğuya çəkmək istədiyini açıqlayıb. ABŞ-ı sarsıdan bu açıqlama ölkə mediasının gündəminə çevrilib.
Rusiya ilə bağlı araşdırmada sərhədləri daralan D.Trampın vəkilləri onun yazılı cavab verə biləcəyini bəyan ediblər. Bundan başqa vəkillər araşdırmanın ancaq seçkilər dövrünü əhatə etməsini istəyib.
Qeyd edək ki, R.Müllerin bu açıqlaması Trampın ədliyyə naziri Ceff Sessionsdan Rusiya ilə bağlı araşdırmanın qısa zamanda başa çatmasını istəməsindən bir neçə saat sonra baş verib.
Tvitter hesabında açıqlama yayan D.Tramp R.Müllerin araşdırmasını hədəf tuturaq "Ədliyyə naziri Ceff Sessionun bu hiyləli cadugər ovuna qısa zamanda, ölkəmiz daha çox ləkələmədən son qoyması lazımdır", - demişdi.
Ancaq ədliyyə naziri keçən il Müllerin apardığı araşdırmadan çəkilmişdi. Onun əvəzinə araşdırmanı köməkçisi Rod Rosenstein aparır.
2017-ci il yanvarın 20-dən hakimiyyətə gələn D.Tramp hələ də Rusiyanın kölgəsindən xilas ola bilməyib. Hətta o seçki kampaniyasını idarə edən və hazırda mühakimə olunan Paul Manafortla da məsafə saxlayır. Tramp Manafort haqqında "mənim üçün çox qısa müddətdə işləyib", - deyə danışır.
P.Manafort bir müddət əvvəl Rusiya və Tramp komandasının əməkdaşlığını etiraf etmişdi. O bank fırıldaqçılıq və vergi qaçaqçılığı ittihamlarından hakim qarşısındadır.