Rahib narahatdır: ABŞ və Türkiyə...

Rahib narahatdır: ABŞ və Türkiyə...


ABŞ və Türkiyə arasında baş verən siyasi gərginliyə görə rahib Endryu Branson olduqca narahatdır.

ONN media xəbər verir ki, bu sözləri rahibin vəkili İsmayıl Cem Halavurt deyib.

“Doğrudur, ABŞ hökumətinin onun haqlarını müdafiə etməsinə görə məmnundur. Lakin proseslərin daha da gərginləşməsi onu narahat edir. Tez bir zamanda ABŞ-a qayıtmaq istəyir”, - vəkil bildirib.

Halavurt onu da əlavə edib ki, evdə elektron qandalla saxlanılan rahibin vəziyyəti həbsxanadakından yaxşıdır.

Vəkil Bransonun həbsxanada psixoloji problemlər yaşadığını da vurğulayıb.

Geri qayıt