Hərbi bazada ATIŞMA - HƏYƏCAN SİQNALI verildi

ABŞ-ın Ohayo ştatının Deyton şəhərinin yaxınlığında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Rayt-Patterson bazasında atışma olub.
ONN media TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda bazanın komandanlığının tvitter səhifəsində bildirilib.
Məlumata görə, atışma ilə əlaqədar baza ərazisində həyəcan siqnalı verilib. Hadisə yerinə polislər və yanğınsöndürənlər cəlb edilib.
Hadisənin bazanın ərazisindəki qospitalda baş verdiyi bildirilir. Şəxsi heyətə vəziyyət nəzarət altına alınana kimi sığınacaq tapmaq məsləhət görülüb.