Türkiyədə yol qəzası- Ölənlər var
Türkiyədə yol qəzası nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
ONN media-nın türk mediasına istinadən verdiyi məlumata əsasən, hadisə Tokat vilayətinin Zile şəhərində baş verib. Zile-Çekerek avtomobil yolunda hərəkət edən avtomobil yol çəpərinə çırpılıb.
Yaralananlar Zile Dövlət Xəstəxanasına çatdırılıb.
