Ərdoğan xalqı dollara qarşı müharibəyə çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqa dollarla bağlı çağırış edib.
ONN media xəbər verir ki, Ərdoğan Türkiyənin iqtisadi müharibə ilə üz-üzə olduğuna diqqət çəkib.
“İqtisadi müharibə ilə üz-üzəyik. Millətimə səslənirəm, yastıq altında saxladığınız dollarlarınızı, avrolarınızı, qızıllarınızı çıxarın. Onları TL-yə çevirin. Bütün dünyaya qarşı yerli və milli dirənişin göstərin”, - deyə Türkiyə lideri çağırış edib.