İrandan ABŞ-ın tələbinə RƏDD CAVAB

Suriyada vəziyyət sabitləşərsə və terrorizmlə mübarizə sona yaxınlaşarsa, İran bu ölkədəki fəaliyyətini azaldacaq, yaxud da tamamilə çıxacaq.
ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi bildirib.
“Suriya hökuməti arzu etdiyi müddətdə, biz bu ölkədə olacağıq. Suriya hökumətinin arzusundan başqa, terrorizmlə mübarizə bizim üçün əhəmiyyətli məsələdir”, - xarici siyasət idarəsinin sözçüsü deyib.
İyulun ortalarında İranın ali lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti bildirib ki, İran Suriyada hərbi gücünü saxlayacaq, əks halda, terrorçular aktiv fəaliyyəti bərpa edəcəklər. O qeyd edib ki, İran qoşunları rəsmi Dəməşqin xahişi ilə Suriyadadır və İranın bu ölkədən çıxması barədə başqa ölkələrin, həmçinin ABŞ-ın tələbləri yersizdir.
Bundan başqa, onun sözlərinə görə, Suriyada İranın olmasının İsrailə heç bir əlaqəsi yoxdur.