Stiven Siqala nazirlikdə iş verildi

Stiven Siqala nazirlikdə iş verildi


Hollivud aktyoru Stiven Siqal Rusiya Xarici İşlər Nazirliyində (XİN) işə düzəlib.
 

ONN media xəbər verir ki, o, nazirlikdə Rusiya-ABŞ humanitar əlaqələri məsələləri üzrə xüsusi nümayəndə vəzifəsinə təyin olunub.

Bildirilir ki, aktyor bu işdən maaş almayacaq.

Qeyd edək ki, S.Siqal 2016-cı ildən Rusiya vətəndaşıdır. Pasportu ona Rusiya prezidenti Vladimir Putin şəxsən təqdim edib. Eyni ildə aktyor Serbiya vətəndaşı olub. Bundan başqa, onun Amerika vətəndaşlığı da var.

Xatırladq ki, 50-dən çox ekran işinə çəkilən aktyor adətən döyüş filmlərində oynadığı rollarla yadda qalıb.

Geri qayıt