Turist təyyarəsi qəzaya uğradı - Ölənlər var

Fransanın Mazuar şəhəri yaxınlığında turist təyyarəsi qəzaya uğrayıb.
ONN media bildirir ki, təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 3 nəfər həlak olub. İnsident Pyui-de-Dom departamentində baş verib.
Təyyarə yerə düşdükdən sonra parçalanıb, lakin yanğın baş verməyib.