Türkiyəli gənc aktyora gözlənilməz təklif - FOTO

Türkiyəli gənc aktyora gözlənilməz təklif - FOTO


Əvvəlcə “İstanbullu Gelin”, sonra “Meleklerin Aşkı” seriallarındakə rolları ilə adından söz etdirən aktyor Berkay Hardal gözlənilməz sürprizlə qarşılaşıb.

ONN media xəbər verir ki, fanatlarından biri Karaköy istiqamətində yerləşən binanın fasadına Berkayın şəklini vurduraraq belə bir qeyd yazdırıb:

“Sənə aşiqəm, səni çox sevirəm. Mənim ağ atlı şahzadəm. Mənimlə evlənərsən?”.

Ərəbistandan olan Ayşe adlı qızın bu hərəkəti Hardalın xoşuna gəlib. O, “Eşitdim, çox təəccübləndim. Düzü, xoşuma da gəldi. Belə sevilmək qəribə bir hissdir. Təşəkkür edirəm” deyib. 

Qeyd edək ki, Hardal aktrisa Hira Koyuncuoğlu ilə sevgilidir.

Geri qayıt