Bu hadisə ABŞ-ı iki həftədə məğlub etdi

ABŞ-ın Kaliforniya əyalətində tüğyan edən meşə yanğınları artıq 148 kv/km meşəlik və düzənlik ərazini əhatə edib.
ONN media xəbər verir ki, Mendokino Milli Meşəsi və Leyk, Kolusa bölgələri arasındakı sərhəd bölgəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 7-ə çatıb.
ABŞ tarixinin ən böyük yanğın fəlakəti ilə bağlı prezident Donald Tramp açıqlama verib. O, hadisəyə görə pis ətraf mühit siyasəti tətbiq edən əyalət nümayəndələrini və suyu lazımi səviyyədə istifadə edə bilməyən yanğınsöndürənləri günahlandırıb.
Əyalətin səlahiyyətli şəxsləri və yanğınsöndürmə mütəxəssisləri isə Trampı cavabsız qoymayıb. Onlar yanğınları söndürmək üçün yetəri qədər su olduğunu və hadisənin baş vermə səbəbinin iqlim dəyişikliyi olduğunu bildirib. Beləliklə, onlar ABŞ-ın Paris İqlim Müqaviləsindən çıxması məsələsinə görə Donald Trampa dərs vermək istəyiblər.
Havanın temperaturunun 43 dərəcəyə qalxacağı gözlənilən bölgədə yanğınların daha da geniş miqyas alması insanları qorxuya salıb.
Hazırda yanğınla mübarizə briqadasında 14 000-dən çox yanğınsöndürən işləyir. Ötən həftədən bəri minlərlə insan evlərini tərk edib.