5,6 bal gücündə zəlzələ baş verib
Kolumbiyada 5,6 bal gücündə zəlzələ olub.
ONN media ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər verir ki, hadisə Aratoka şəhərindən 7 km şimalda baş verib.
Yeraltı təkanlar UTC vaxtı ilə 15:54-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 166,5 km olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
