Milli Olimpiya Akademiyasının binasında partlayış olub

Milli Olimpiya Akademiyasının binasında partlayış olub


ONN media xəbər verir ki, İranın paytaxtı Tehranda yerləşən "Enqelab" İdman Kompleksində partlayış baş verib.

Hadisə nəticəsində qazanxanada olan 3 işçi ölüb.

İnsident İran Milli Olimpiya Akademiyasının binasında baş verib.

Partlayış binanın dağılmasına və ya yanğına səbəb olmayıb. 

Hadisənin başvermə səbəbləri aydınlaşdırılır.

Geri qayıt