İrandakı problemlərin “günahkarı” tapıldı
ONN media xəbər verir ki, İran parlamenti Əmək və Sosial Müdafiə naziri Əli Rabiyə qarşı etimadsızlıq göstərib.
Parlamentin 243 deputatından 129-u Rabinin əleyhinə səs veri . Parlament naziri ölkədə yaranan iqtisadi problemlərin səbəbkarlarından biri kimi qəbul edib.
Qeyd edək ki, bu səsvermədən sonra İran prezidenti 3 ay ərzində Rabini vəzifəsindən azad edərək, yerinə yeni nazir təyin etməlidir.
Rabinin 62 yaşı var. O, islahatçılardan biri hesab edilir. Ruhaninin kabinetində çalışmazdan əvvəl o, keçmiş prezident Məhəmməd Hatəminin müşaviri olub.
