Türkiyə İrana qarşı sanksiyalardan imtina etdi

Türkiyə İrana qarşı sanksiyalardan imtina etdi


ABŞ hökuməti İrana qarşı yeni sanksiyalara qərar verib.

ONN media xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin energetika naziri Fatih Dönməz açıqlama verib. Nazirin açıqlamasına əsasən, Türkiyə İran ilə iqtisadi əlaqələrdən imtina etməyə hazırlaşmır.

“Bizim İranla müqavilələrimiz var. Bizim münasibətlər davam edir. ABŞ-ın qərarı təktərəflidir. Biz Tehranla qanuna uyğun şəkildə ticarət aparırıq”, - deyə türkiyəli nazir deyib.

Qeyd edək ki, Vaşinqtonun sanksiya qərarı Fransa, Almaniya və İngiltərədə də xoş qarşılanmayıb.

Geri qayıt