İrandan Şimali Koreyaya xəbərdarlıq

İrandan Şimali Koreyaya xəbərdarlıq


"ABŞ ona etibar ediləcək tərəfdaş deyil".

ONN media xəbər verir ki, bunu Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ilə görüşü zamanı İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, Vaşinqton öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:

“Vaşinqtonun son illərdəki fəaliyyəti ona gətirib çıxarıb ki, ABŞ administrasiyası bütün dünyada öz öhdəliklərini icra etməyən etibarsız tərəfdaş kimi qəbul olunur”.

Geri qayıt