Türkiyə XİN: ABŞ-a adekvat cavab veriləcək

ABŞ-ın Türkiyəyə qarşı bütün addımlarına əvvəlki kimi, adekvat cavab veriləcək.
ONN media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Türkiyə istehsalı olan polad və alüminiuma tətbiq olunan gömrük rüsumları haqqında ABŞ-ın qərarı ciddi dövlətlə uyuşmur.
Qeyd edək ki, ABŞ Türkiyədən idxal edilən polad və aliminiuma gömrük rüsumlarını artırıb. Aliminiumda bu faiz artıq 20, poladda isə 50-yə çatıb.