Qəzzada toqquşmalar - Ölən var

Qəzzada toqquşmalar - Ölən var


Qəzza sakinləri ilə İsrail əsgərləri arasında baş verən toqquşma zamanı fələstinli tibb işçisi qətlə yetirilib.

ONN media xəbər verir ki, bu barədə yerli Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidrə bildirib.

Lakin qətlin hansı şəraitdə baş verdiyi açıqlanmır.

O, həmçinin daha 84 nəfərin də yaralandığını deyib.

Martın 30-dan başlayan “Dönüş yürüşləri” zamanı öldürülən fələstinlilərin sayı artıq 160 nəfərə çatıb.

Geri qayıt