Güclü zəlzələdə xəsarət alanların sayı 18-ə çatdı

Çinin cənub-qərb əyaləti olan Yunnanda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 8 nəfərdən 18-ə yüksəlib.
ONN media xəbər verir ki, onların vəziyyəti sabit olaraq qiymətləndirilir.
5 maqnitudalı zəlzələ nəticəsində 6 mindən çox evə zərər dəyib. Bəzi binalar dağılıb, divarlarda dərin çatlar yaranıb.