Terror aktı baş verib:14 nəfər yaralandı
Pakistanın Bəlucistan əyalətində terror aktı törədilib.
ONN media xarici mediaya istinadən xəbər verir ki, motosiklet idarə edən iki nəfər mağazalardan birinə əl qumbarası atıb. Nəticədə 14 nəfər yaralanıb. Bölgə polisi terrorçuların tutulması istiqamətində əməliyyata başlayıb.
