Ərdoğana dostundan BÖYÜK JEST

Ərdoğana dostundan BÖYÜK JEST


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani ilə görüşüb.

ONN media xəbər verir ki, liderlərin görüşü Beştəpədəki prezident sarayında baş tutub.

Ölkə başçılarının görüşü zamanı ikitərəfli münasibətlər və gündəmdə dayanan digər məsələlər geniş şəkildə müzakirə olunacaq.

Ərdoğanla görüşən Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani Türkiyəyə birbaşa 15 milyard dollar investisiya yatıracaqlarını bəyan edib.

Görüşdə ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Geri qayıt